Bakıda zəncirvarı avtomobil qəzası baş verdi

Bakıda zəncirvarı avtomobil qəzası baş verdi

29 May 2012 10:45
539
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda "BMW", "Mercedes", "Mitsubishi" və "Toyota" markalı 4 minik avtomobili zəncirvarı toqquşmuşdur. Nəticədə, avtomobillər zədələnmiş, "BMW" markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışlar. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 03:20-də başa çatmışdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

O.M.