Saatlıda metlax sexində yanğın baş verdi

Saatlıda metlax sexində yanğın baş verdi

29 May 2012 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan metlax sexinin taxta konstruksiyadan ibarət çardağı 15 kv.m sahədə və içərisinə yığılmış 100 ədəd rezin qəlib yanmışdır. Sexin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.