Ata oğlunu bıcaqlayıb

Ata oğlunu bıcaqlayıb

29 May 2012 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunda bıçaqlama hadisəsi baş verib. Hadisə gecə saatlarında qeydə alınıb. Apa-nın məlumatına görə, Xaçmaz rayonu, Rəhimoba kənd sakini, 1982-ci il təvəllüdlü Mehman Mustafayev atası Kamran Mustafayev tərəfindən bıçaqlanıb. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

M. Mustafayev kənd sakinlərinin köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Üç bıçaq zərbəsi alan M. Mustafayev əməliyyat olunub.

Oğlunu bıçaqlayan ata saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.

O.M