Şabran rayonunda güllələnmə hadisəsi baş verib

Şabran rayonunda güllələnmə hadisəsi baş verib

15 Yanvar 11:17
41
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayonunda güllələnmə hadisəsi baş verib.
Oxuməni.az-ın verdiyi məlumata görə, hadisə rayonun Pirəmsən kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə düşüb. Mübahisə zəminində ata oğlunu qorxutmaq məqsədilə həyətdə olan vaqona atəş açıb. Güllə vaqona dəyəndən sonra qırmalardan bir neçəsi 37 yaşlı Ürfana dəyib. Sol gözünün qaş nahiyəsindən xəsarət alan Ü. Məmmədov Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Zaur