Daxili işlər orqanları tərəfindən ötən gün 40 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili işlər orqanları tərəfindən ötən gün 40 cinayətin üstü “isti izlər”lə açılıb

15 Yanvar 09:37
52
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Oxuməni.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması da təmin olunub. Axtarışda olan 46 nəfər saxlanılıb və aidiyyəti üzrə təhvil verilib. Onlardan 38 nəfərini borclu şəxs qismində axtarışda olanlar təşkil edib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Zaur