Azərbaycanlı Rusiyada gömrük orqanlarını aldadaraq 40 milyon dolları xaricə aparıb

Azərbaycanlı Rusiyada gömrük orqanlarını aldadaraq 40 milyon dolları xaricə aparıb

13 Yanvar 2021 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada 53 yaşlı Azərbaycan vətəndaşı gömrük orqanlarını aldadaraq ölkədən 40 milyon dollar məbləğində pulu qaçaqmalçılıq yolu ilə çıxardığı üçün barəsində istintaq işi başladılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ad və soyadı açıqlanmayan azərbaycanlı Krasnodar və Rostov aerportlarından Türkiyəyə cəmi 40 milyon dollara yaxın vəsait (2.5 milyard rubl) aparıb. Məsələ ilə bağlı virtualaz.org yazır ki, həmin şəxs 30 dəfədən çox İstanbula uçub, bu zaman gömrük bəyannaməsində göstərib ki, iri məbləğlərdə pulu şəxsi istifadəsi üçün aparır. Lakin əməliyyat tədbirləri nəticəsində məlum olub ki, əslində Azərbaycan vətəndaşı Türkiyədən iri partiyada tekstil malları alıb və daha sonra onları Moskvada satıb. Növbəti səfərlərdən birində azərbaycanlı iri məbləğdə nəğd dollarla saxlanılıb.

Cənub operartiv gömrüyündən bildiriblər ki, onu ya iri məbləğdə cərimə, ya da 4 ilə qədər həbs gözləyir.

Oxuməni.az