Şəkidə narkoticarətçilər həbs edilib

Şəkidə narkoticarətçilər həbs edilib

11 Yanvar 2021 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindan bildirilib. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrdən istifadə etməkdə və üzərində daşımaqda şübhəli bilinən şəhər sakini R.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, yaşadığı ünvana baxış keçirilən zaman isə oradan 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Əhmədovun ətrafında davam etdirilən tədbirlərlə ona heroini satmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov da saxlanılıb.

Faktla bağlı Şəhər şəhər-rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Oxuməni.az