Bakıda iki qadın intihar etdi

Bakıda iki qadın intihar etdi

24 May 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daha iki nəfər intihar edib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Yeni Günəşli qəsəbəsində yaşayan, 52 yaşlı Tahirə Əsgərova siçan zəhəri içərək canına qəsd edib. Digər hadisə isə paytaxtın Xətai rayonunda qeydə alınıb. Rayon sakini, 55 yaşlı Təranə Hüseynova yaşadığı ünvanda özünü asaraq intihar edib. Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə Bakıda 6 nəfər intihar edib. Onlardan üçü məcburi köçkündür.

O.M.