Bakının 15 yaşlı Yeni Günəşli sakini özünü 8-ci mərtəbədən atdı

Bakının 15 yaşlı Yeni Günəşli sakini özünü 8-ci mərtəbədən atdı

24 May 2012 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Əlizadə Nigar Telman qızı yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

O.M.