Azərbaycanda 22 mayın kriminal xronikası

Azərbaycanda 22 mayın kriminal xronikası

23 May 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Qonşusu Aydın Məmmədovu bıçaqla qətlə yetirmiş, onun qardaşı Vaqifi isə xəsarət yetirmiş Xətai rayonu ərazisində yaşayan Qaraca Qaracayev könüllü olaraq təslim olmuşdur

22.05.2012

Mayın 22-də Xətai rayonu ərazisində yaşayan Qaraca Qaracayev münaqişə zəminində qonşusu Aydın Məmmədovu bıçaqla qətlə yetirmiş, onun qardaşı Vaqifi isə xəsarət yaralamışdır. Q.Qaracayev könüllü olaraq Xətai RPİ-yə gəlmişdir.

Qohumu Elman Əliyevə bıçaqla xəsarət yetirmiş Astara rayon sakini Azad Məmmədov tutulmuşdur

22.05.2012

Mayın 22-də Xətai rayonu ərazisində Astara rayon sakini Azad Məmmədov münaqişə zəminində Bakı şəhər sakini qohumu Elman Əliyevə bıçaqla xəsarət yetirmişdir. A.Məmmədov Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən tutulmuşdur.

Şamaxı rayonunun Ərçiman kənd sakini Qahir Soltanov münaqişə zəminində Aqşin Nurəliyevə bıçaqla xəsarət yetirmişdir

22.05.2012

Mayın 22-də Şamaxı rayonunun Ərçiman kəndində, kənd sakini, əvvəllər məhkum olunmuş Qahir Soltanov münaqişə zəminində Aqşin Nurəliyevə bıçaqla xəsarət yetirmişdir. Q.Soltanov Şamaxı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Bakı sakini intihar etmişdir

22.05.2012

Xətai rayonu General Mehmandarov küçəsi ev 14, mənzil 28 ünvanında intihar hadisəsi qeydə alınmışdır. Həmin ünvanda yaşayan, 57 yaşlı Pərvanə Həsən qızı Hüseynova yaşadığı evdə özünü asmışdır. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

22.05.2012

Mayın 22-də saat 08.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Bariz Quliyev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.05.2012

Mayın 22-də saat 19.20 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Zəbulla Muradov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Oğurluq etməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Elşən Qüdrətov tutulmuşdur

22.05.2012

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da Bəhruz Musayevin evindən 3200 manat pul və qızıl əşyaları oğurlamış Biləsuvar rayon sakini Elşən Qüdrətov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Quliyev tutulmuşdur

22.05.2012

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Bakı şəhər sakini Rəfail İsmayılova məxsus "Mutsubishi" markalı avtomaşından mobil telefon, qızıl əşyaları və şəxsiyyət vəsiqəsi olan çantanı oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Quliyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Həbillayeva tutulmuşdur

22.05.2012

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da Anar Cəfərovun evindən 2900 dollar, 1600 manat pul, mobil telefon və şəxsi sənədləri oğurlamış Bakı şəhər sakini Pərvanə Həbillayeva tutulmuşdur.

Avtomaşından maqnitofonunu sökərək oğurlamış Qubadlı rayon sakini Ötərxan İsmayılov tutulmuşdur

22.05.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Cabir Mikayılova məxsus "QAZ-2410" markalı avtomaşından maqnitofonunu sökərək oğurlamış Qubadlı rayon sakini Ötərxan İsmayılov tutulmuşdur.

Mağazadan 2 ədəd mobil telefon və aksessuarlar oğurlamış Yadulla Hüseynov tutulmuşdur

22.05.2012

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Həsənabad qəsəbəsində, qəsəbə sakini Famil Ağakişiyevə məxsus mağazadan 2 ədəd mobil telefon və aksessuarlar oğurlamış Yadulla Hüseynov tutulmuşdur.

Oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakini Həsən Hüseynov tutulmuşdur

22.05.2012

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Gəncə şəhər sakini Həsrət Cəfərova məxsus evdən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş həmyerlisi Həsən Hüseynov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Paşazadə tutulmuşdur

22.05.2012

DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də "Kempinski" otelində qalan Rusiya Federasiyasının vətəndaşı Ruslan Vlasova məxsus içərisində 250 manat pul, xidməti vəsiqə və pasport olan seyfi oğurlamış otelin işçisi Bakı şəhər sakini Nicat Paşazadə tutulmuşdur.

Avaraçılıq və dilənçiliklə məşğul olan 9 nəfər saxlanılmışlar

22.05.2012

Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 9 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilmişdir.

O.M.