Bakının “Mətbuat” prospektində “Mətbuat” firmasının maşını evakuator tərəfindən vuruldu

Bakının “Mətbuat” prospektində “Mətbuat” firmasının maşını evakuator tərəfindən vuruldu

22 May 2012 19:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəqiqələrdə Bakının "Mətbuat" prospektində "Qələbə" dairəsində yol-nəqliyyat hadisəsi baş verib. "Mətbuat" firmasına məxsus AZ 90 AB 333 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil AZ 99 BC 811 dövlət nömrə nişanlı "Ford" markalı evakuator maşını tərəfindən vurulub. 20 yanvar istiqamətində hərəkət edən "Mercedes" dairənin hərəkət zolağına daxil olarkən Dərnəgül istiqamətindən hərəkət edən evakuator yol-hərəkət nişanına məhəl qoymadan birincinin yoluna çıxıb. "Ford" markalı evakuator standartlardan uzun və sürəti yüksək olduğundan yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil qəzası yolda uzun müddət tıxaca səbəb olub. Faktla bağlı Dövlət Yol Polisi Yasamal rayon şöbəsində araşdırma aparılır.

O.M.