Sumqayıtda “EMM-2012”-nin əleyhinə təbliğat aparan 11 nəfər tutuldu

Sumqayıtda “EMM-2012”-nin əleyhinə təbliğat aparan 11 nəfər tutuldu

22 May 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Sumqayıt şəhərində dindarlara qarşı xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərindəki "İslam" mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb. Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və "Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub. Qeyd edək ki, Bakı və Sumqayıtda "Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və disklər yayılıb. Disklərin İranda hazırlandığı ehtimal edilir.

O.M.