Bakıda avtomobildən xeyli miqdarda pul oğurlandı

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlandı

22 May 2012 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 6-da 20 Yanvar küçəsində Bakı şəhər sakini İmdad Əhmədova məxsus "Hundai" markalı avtomobilin yük yerindən açar seçmə yolu ilə 14 min manat oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini Elsevər Abdullayev mayın 21-də tutulub.

O.M.