Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

21 May 2012 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 21-də saat 00:45 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Cavid Əliyevin idarə etdiyi "VAZ-2106" və Ceyhun Musazadənin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Əliyev aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış C.Musazadə və sərnişinləri İbrahim Quliyev və Rəhimə Xəlifova qızı xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

O.M.