Masallıda ağır yol qəzası baş verib

Masallıda ağır yol qəzası baş verib

21 May 2012 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Apa-nın verdiyi məlumata görə, mayın 20-də saat 18.00 radələrində rayonun İsgəndərli kənd sakini, 1988-ci il təvəllüdlü İqbal Nazim oğlu Abbasovun idarə etdiyi "VAZ-21014" markalı avtomobil Masallının " İstisu " sanatoriyasının yaxınlıqdakı yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək, qəza törədib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücünün maşından çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi ilə Səhiyyə Nazirliyinin Regional Təcili Tibbi Yardım Stansiyasının xilasediciləri cəlb olunublar. Kəsici alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılan İ.Abbasov xəstəxanaya yerləşdirilsə də, boynunun fəqərə sümüyünün sınmasından şübhələnən həkimlər onu təcili olaraq onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparılmasını məsləhət biliblər.

Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M