Bakıda qadının çantasını alıb qaçan saxlanıldı

Bakıda qadının çantasını alıb qaçan saxlanıldı

4 Dekabr 2020 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 3-də saat 19 radələrində Binəqədi rayonu ərazisində bir nəfər Bakı şəhər sakini F.Tağıyevanın içərisində pulu və mobil telefonu olan çantasını alıb qaçarkən ərazidə xidmət aparan rayon Mühafizə İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində saxlanılaraq 5-ci Polis Bölməsinə təhvil verilib.

Oxuməni.az xəbər verir ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Fərəməzov olması müəyyən edilib.

Araşdırma aparılır.

Zaur