Karantini pozan iki COVİD xəstəsi öldü, bir neçəsi barədə cinayət işi qaldırıldı

Karantini pozan iki COVİD xəstəsi öldü, bir neçəsi barədə cinayət işi qaldırıldı

3 Dekabr 2020 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə üzrə hüquq-mühafizə orqanları koronavirusa yoluxan və karantin qaydalarını pozaraq başqalarını da yoluxdurmaq riski yaradan xəstələrə qarşı reydləri davam etdirir.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə ötən gün 27 nəfər belə xəstə müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

Belə ki, Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Cəlilabad rayon sakini Mülayim Seydanov və Masallı rayonunun Səmidxan kənd sakini Əli Məlikov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M.Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar. Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Şabran rayon sakini də karantin qaydalarını pozub. Rayon sakini M.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydaları pozaraq yaşayış yerini tərk edib. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Zaur