Bakıda 219 saylı xətt avtobusu ölümlə nəticələnən ağır yol qəzası törətdi

Bakıda 219 saylı xətt avtobusu ölümlə nəticələnən ağır yol qəzası törətdi

19 May 2012 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda marşrut avtobusu qəza törədib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Bayıl qəsəbəsində qeydə alınıb. 219 saylı xətt avtobusu "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə "VAZ-2107"də olan sərnişinlərdən biri ölüb, 3-ü isə xəsarət alıb. Hazırda hadisə yerində araşdırma aparılır.

O.M.