Yol qəzaları can almaqda davam edir

Yol qəzaları can almaqda davam edir

25 Aprel 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə 00:05 radələrində Sumqayıt şəhərində, Bakı-Quba avtomobil yolunun 42 kilometrliyində "Lada" və "Mercedes" markalı 2 minik avtomobili toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib.


Qəza zamanı, hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. "Lada" markalı minik avtomobilində olan 2 nəfər aldıqları xəsarət nəticəsində xəstəxanaya çatdırılarkən ölüb. Hadisə zamanı 2 nəfərin isə yaralandığı bildirilir.


Hadisə yerinə gələn xilasedicilər avtomobillərdə sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitələrindən çıxararaq xəstəxanaya aparıblar.


Hadisə ilə bağlı cinayət işi açılıb, faktla bağlı araşdırma aparılır.


Yoldakı şeytan postdadır. Ondan ehtiyatlı olun.


Elvin Babayev


O.M.