Koronaviruslu taksi sürücüsünə cinayət işi açıldı

Koronaviruslu taksi sürücüsünə cinayət işi açıldı

23 Noyabr 2020 15:34
802
Bəyəndim (1) Bəyənmədim (0)

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Oxuməni.az xəbər verir ki, Ağstafa rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verib və onun koronavirusa yoluxması müəyyən edilib. O, testin nəticəsinin pozitiv olmasını bilməsinə baxmayaraq buna əməl etməyib. Ramiz Qadirli 08.11.2020-ci il tarixdə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa rayon Polis Şöbəsinə göndərilmişdir.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Zaur