Bakıda “Ruslan-93” marketi yandı

Bakıda “Ruslan-93” marketi yandı

18 May 2012 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ruslan-93" marketində yanğın hadisəsi qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Marketin böyük hissəsinin yanaraq məhv olduğu bildirilir. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

O.M.