Qəbələdə yol-nəqliyyat hadisəsi baş verdi

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verdi

17 May 2012 21:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün günorta saatlarında Qəbələ rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı minik avtomobillərinin içərisində olan 3 nəfər sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:45-də başa çatmışdır.

O.M.