Bakıda şüşə qabda təhlükəli maddə aşkar edilərək zərərsizləşdirildi

Bakıda şüşə qabda təhlükəli maddə aşkar edilərək zərərsizləşdirildi

17 May 2012 21:47
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda şübhəli maddənin olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirmiş və maddənin 0,5 l-lik şüşə qaba doldurulmuş civə olduğu müəyyən edilmişdir. Aşkarlanmış civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülmüşdür. Müvafiq qurumlar tərəfindən araşdırılma aparılır.

O.M.