Füzulidə yanğın şəxsi təsərrüfata ziyan vurdu

Füzulidə yanğın şəxsi təsərrüfata ziyan vurdu

17 May 2012 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Füzuli rayonu, Böyük Bəhmənli kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan talvarın yanar konstruksiyaları 10 kv.m sahədə və talvarın altına yığılmış 500 kq ot bağlaması yanmış, 1 baş iribuynuzlu heyvan tələf olmuşdur. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.