Şamaxıda qətl hadisəsi törədildi

Şamaxıda qətl hadisəsi törədildi

17 May 2012 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Şamaxı rayonunda bu gün səhər saatlarında qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əfəndiyev Akim Fərhad oğlu yaşadığı bağ evində naməlum şəxs tərəfindən qətlə yetirilib. Döş qəfəsindən 4 dəfə bıçaq xəsarəti alan A.Əfəndiyev hadisə yerində dünyasını dəyişib. A. Əfəndiyevin Bakıda tikinti şirkətində çalışdığı bildirilir.

Hadisə barədə rayon Polis Şöbəsinə məlumat daxil olub və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxsin kimliyi hələlik məlum deyil və onun tapılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

O.M.