Azərbaycanda 16 mayın kriminal xronikası

Azərbaycanda 16 mayın kriminal xronikası

17 May 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 56 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

Cəlilabad şəhəri ərazisindən şəhər sakini Mirpaşa Qasım Qiyamov bıçaqla xəsarət yetirmiş Elsevər Salmanlı tutulmuşdur

16.05.2012

Mayın 16-da Cəlilabad şəhəri ərazisindən şəhər sakini Mirpaşa Qasım Qiyamov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Elsevər Salmanlı tutulmuşdur.

Bakı şəhər sakini Cəlil Əlizadə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan pul almış şəxslər saxlanılmışlar

16.05.2012

Mayın 16-da Bakı şəhər sakini Cəlil Əlizadə Nərimanov RPİ 16-cı PB-yə müraciət edərək 2011-ci ilin noyabr və cari ilin fevral aylarında, Sumqayıt şəhər sakini Mais Məhərrəmov və Bakı şəhər sakini Pərviz Əhmədov barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan 5800 manat və 6400 avro pul almalarını bildirmişdir. Görülmüş tədbirlər nəticəsində mayın 16-da M.Məhərrəmov və P.Əhmədov eyni üsulla C.Əlizadədən 300 manat pul alarkən saxlanılmışlar.

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.05.2012

Mayın 16-da saat 14.55 radələrində Qobustan rayonu ərazisində Sumqayıt şəhər sakini Oqtay Talıbovun idarə etdiyi "ZİL-130" və Qəbələ rayon sakini Əfqan Rəhimov idarə etdiyi "Mercedes-180" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Rəhimov və sərnişinləri - arvadı Kəmalə və 2 azyaşlı oğlanları aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.

Astara şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

16.05.2012

Mayın 16-da saat 22.00 radələrində Astara şəhəri ərazisində şəhər sakinləri Elnur Rzayevin idarə etdiyi "Opel Vektra" markalı və Rahim Kazımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Sonradan E.Rzayev idarəetməni itirdiyindən yolun kənarında dayanmış şəhər sakinləri Ruslan Useynov və onun qızı 3 yaşlı Fidanı vurmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Rzayevin sərnişinləri Rufan Hüseynov, Mustafa Əliyev, habelə R.Useynov və Fidan xəstəxanaya yerləşdirilmişlər. R.Kazımov orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

16.05.2012

Mayın 16-da saat 18.30 radələrində Sumqayıt şəhəri ərazisində, qəsəbə sakini Babayar Niftəliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən qəsəbə sakini 3 yaşlı Nərmin Əsgərovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür.

Güllə yarası ilə xəstəxanaya gətirilmiş Yardımlı rayon sakini Nazqayıt Abbasova orada ölmüşdür

16.05.2012

Mayın 16-da saat 14.00 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Rəşxan İmanova məxsus fermer təsərrüfatından Yardımlı rayon sakini Nazqayıt Abbasova güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Araşdırmalar zamanı N.Abbasovanın ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirməsi müəyyən edilmişdir.

İsmayıllı rayon sakini Elşən Qasımov evində qanunsuz futbol mərc oyunları təşkil etməsi ilə bağlı saxlanılmışdır

16.05.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki "Meşə" çay evində qanunsuz futbol mərc oyunları təşkil etmiş İsmayıllı rayon sakini Elşən Qasımov saxlanılmışdır. Çay evindən oyunlarda istifadə olunan kompüterin prosessoru və 130 manat pul aşkar edilərək götürülmüşdür.

Şərur rayon sakini Elməddin Kazımov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

16.05.2012

Mayın 16-da Qaradağ rayonu ərazisində, Şərur rayon sakini Elməddin Kazımov təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Avaraçılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılmışlar

16.05.2012

Binəqədi RPİ və Nizami (Bakı) RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilmişlər.

Hacıqabul rayonu ərazisində Şirvan şəhər sakini Y.Şıxəliyev Kür çayında çimərkən suda boğulmuşdur

16.05.2012

Mayın 16-da Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində, Şirvan şəhər sakini Yusif Şıxəliyev Kür çayında çimərkən suda boğulmuşdur.

O.M.