Günün fotosu
Günün videosu
Şərhsiz
Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar

Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar

4 Noyabr 14:53
1 075
Bəyəndim (1) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 3-də saat 14:00 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı təhqiqat davam etdirilir.

Zaur