Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verdi

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verdi

17 May 2012 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Ağsu-Kürdəmir-İmişli yolunun 64-cü kilometrliyində, Mollakənd kəndi ərazisində qeydə alınıb. İmişli sakini, 1972-ci il təvəllüdlü Mirəliyev Rövşən Ərəstun oğlunun idarə etdiyi 10-SJ-249 dövlət nömrə nişanlı "VAZ 21012" markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Qəmbərov Təbriz Ənvər oğlunun idarə etdiyi 10-GA-183 dövlət nömrə nişanlı "VAZ 2107" markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ 2107"nin sərnişini - Qəmbərov Elnur Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.