Özünü yandıran 31 yaşlı Qusar sakininin vəziyyəti ağırdır

Özünü yandıran 31 yaşlı Qusar sakininin vəziyyəti ağırdır

17 May 2012 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

16 may axşam saatlarında Qusar rayonunda intihara cəhd faktı qeydə alınıb. APA-nın rayon prokurorluğuna istinadən verdiyi məlumata görə, Qusar rayonu, Urva kənd sakini 1981-ci il təvəllüdlü Volodya Eyvazov yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb. 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılan V.Babayevin bədəninin təxminən 60 faizinin yandığı bildirilir. Vəziyyəti ağır olduğundan xəsarət alan şəxs Bakıda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.