Bakıda mənzilində qapalı vəziyyətdə qalan 73 yaşlı xəstə qadın xilas edildi

Bakıda mənzilində qapalı vəziyyətdə qalan 73 yaşlı xəstə qadın xilas edildi

16 May 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1939-cu il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 23:34-də başa çatmışdır.

O.M.