Goranboyda yanğın fərdi təsərrüfata külli miqdarda ziyan vurdu

Goranboyda yanğın fərdi təsərrüfata külli miqdarda ziyan vurdu

16 May 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Goranboy rayonu, Səfikürd kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 144 kv.m sahədə və damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.