Bakıda 16 yaşlı əfqan qız itkin düşdü

Bakıda 16 yaşlı əfqan qız itkin düşdü

16 May 2012 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, mayın 15-də Yasamal rayonu ərazisində yaşayan, Əfqanıstan vətəndaşı, 16 yaşlı Səccadi Sacidə Seyid qızının itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

O.M.