32 yaşlı Bakı sakini özünü 9-cu mərtəbədən atdı

32 yaşlı Bakı sakini özünü 9-cu mərtəbədən atdı

16 May 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 15-də Yeni Yasamal massivi, ev 4, mənzil 26-da intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 32 yaşlı Yuliya Xodkina yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.