Gəncədə amansız qətl hadisəsi törədilib

Gəncədə amansız qətl hadisəsi törədilib

25 Aprel 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə aprelin 24-də törədilib. Şəhərin Ağamirzə Əhmədov küçəsi 23 ünvanında yaşayan 1985-ci il təvəllüdlü N.V-eva yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib. Naməlum şəxs 26 yaşlı qızın boğaz və baş nahiyəsindən kəsici alətlə çoxsaylı zərbələr vurub. N.V-eva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Məlumata görə, öldürülən qızın atası və anası xeyli müddətdir ki, ayrılıblar. Ailə həyatı qurmamış N.V-eva anası ilə birgə yaşayırmış. Bir həftə öncə anası onu evdə tək qoyaraq, Moskvaya yola düşüb.


Hadisənin hansı səbəbdən və kim tərəfindən törədilməsi araşdırılır.


Faktla bağlı Cinayət Məcəlləsinin 121,1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Həmişəki kimi cinayət birinin canını, digərinin isə azadlığını aldı...


Hafiz Əhmədov


O.M.