Bakıda sərnişin avtomobili Dövlət Yol Polisi İdarəsinin maşınını əzdi

Bakıda sərnişin avtomobili Dövlət Yol Polisi İdarəsinin maşınını əzdi

15 May 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 14-ü saat 19:00 radələrində Bakı şəhər Xətai rayonunda yol polisinin avtomobilinin ciddi zədələnməsi ilə nəticələnən yol qəzası baş verib. Publika.az-ın məlumatına görə, Nobel prospektində "Mercedes" markalı minik avtomobili yolun kənarında dayanmış yol patrul xidmətinin "BMW"-sinə çırpılıb. Arxa tərəfdən gələn "Mercedes" 10 YP 382 nömrəli polis maşınına dəyərək dayanıb.

Hər iki maşına ciddi ziyan dəyib. "Mercedes" Xətai rayon Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına, "BMW" isə Badamdar qəsəbəsi yaxınlığında yerləşən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin həyətinə aparılıb.

O.M.