Azərbaycanda 14 mayın kriminal xronikası

Azərbaycanda 14 mayın kriminal xronikası

15 May 2012 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 38 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 17-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

Münaqişə zəminində Qürbət Manafovu bıçaqla xəsarət yetirmiş Cəlilabad rayonunun Göytəpə şəhər sakini Fərid Təhməzov saxlanılmışdır

14.05.2012

Mayın 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində, şəhər sakini Fərid Təhməzov münaqişə zəminində Qürbət Manafovu bıçaqla xəsarət yetirmişdir. F.Təhməzov Cəlilabad RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Qardaşı Azərə bıçaqla xəsarət yetirmiş Şamaxı şəhərində yaşayan Abid İsmayılov tutulmuşdur

14.05.2012

Mayın 14-də Şamaxı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Abid İsmayılov münaqişə zəminində qardaşı Azərə bıçaqla xəsarət yetirmişdir. A.İsmayılov Şamaxı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.05.2012

Mayın 14-də saat 19.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini İsmət Quliyevanı vurulmuşdur. Nəticədə, xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Göyçay rayonunun Qızılağac kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.05.2012

Mayın 14-də saat 23.00 radələrində Göyçay rayonunun Qızılağac kəndi ərazisində rayon sakini Vüsal Gülverdiyevin idarə etdiyi "VAZ-2101", Abşeron rayon sakini Ruslan Sultanovun idarə etdiyi "Ford" və Göyçay şəhər sakini Fəqan Abdullayevin idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış V.Gülverdiyev və onun arvadı Aygül xəstəxanaya yerləşdirilmişlər. Vüsal orada ölmüş, Aygülün vəziyyəti isə qənaətbəxşdir.

Babək rayon sakini Səhman Babayevin zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır

14.05.2012

Mayın 14-də Xətai rayonu ərazisində, Babək rayon sakini Səhman Babayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti idarə etdiyi "VAZ-2107" markalı avtomaşında tapılmışdır.

Xaçmaz rayon sakini Zöhrab Mahmudov tutulmuşdur

14.05.2012

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Bakının Nizami rayonu ərazisində Romanova-Kudravseva, Valentina Stepanovnaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan almış, Xaçmaz rayon sakini Zöhrab Mahmudov tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakinləri Amin Ramazanov və Qiyaməli Bayramov tutulmuşlar

14.05.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də Elmar Kərimova məxsus "VAZ-2101" markalı avtomaşını qaçırmış Bakı şəhər sakinləri Amin Ramazanov və Qiyaməli Bayramov tutulmuşlar.

Oğurluq etməkdə şübhəli bilinən Şabran şəhər sakini Müşfiq Abbasov tutulmuşdur

14.05.2012

Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də Şakir Paşayevə məxsus mağazadan 200 manat pul və tütün məmulatı oğurlamış Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Abbasov tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Sumqayıt şəhər sakini Qüdrət İmanquliyev ölmüşdür

14.05.2012

Mayın 12-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini İqbal Həsənov "VAZ-2106" markalı avtomaşın idarə edərkən yolu keçən Sumqayıt şəhər sakini Qüdrət İmanquliyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 13-də orada ölmüşdür.

Nəcməddin İsmayılova xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vasif Sayılov tutulmuşdur

14.05.2012

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Nəcməddin İsmayılova xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vasif Sayılov tutulmuşdur.

Daşkəsən-Gəncə yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir

14.05.2012

Ötən gecə Daşkəsən-Gəncə yolunun 29-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. "VAZ-2107" markalı maşın dərədən çaya yuvarlanmışdır. Nəticədə maşında olan sərnişin, 74 yaşlı Maral Quliyeva və onun 6 yaşlı nəvəsi aldıqları xəsarətdən dünyasını dəyişmişlər. Maşında olan daha 4 nəfər sərnişin isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
O.M.