Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi

15 May 2012 11:10
610
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay Rayon Polis Şöbəsindən verilən məlumata görə, dünən axşam saatlarında Göyçay rayon, Kürdəmiş kənd sakini, 1984-cü il təvəllüdlü Vüsal Pirverdiyev yüksək sürətlə idarə etdiyi 56 BB 605 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı minik maşını ilə əks tərəfdən gələn avtomobillərin yoluna çıxıb, nəticədə 10 NA 479 dövlət nömrə nişanlı, BMW markalı minik maşını, sonra isə 10 JO 235 dövlət nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21011"-in sürücüsü Vüsal Pirverdiyev dünyasını dəyişib, maşında olan həyat yoldaşı, 1988-ci il təvəllüdlü Gülverdiyeva Aygün Azər qızı, BMW-nin sərnişinləri, 1984-cü il təvəllüdlü Abdullayeva Vüsalə Rəsul qızı, 1974-cü il təvəllüdlü Həsənova Gülşən Rəsul qızı, 2004-cü i təvəllüdlü Həsənov Ramin Həsən oğlu və 2001-ci il təvəllüdlü Abdullayev Əli Fəqan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.