Qazaxda əsgər hərbçi yoldaşını, sonra isə özünü güllələdi

Qazaxda əsgər hərbçi yoldaşını, sonra isə özünü güllələdi

15 May 2012 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində silahlı insident qeydə alınıb. Milli Ordunun əsgəri Vüsal Nəbiyev xidməti silahı ilə atəş açaraq əsgər yoldaşı Məcnun Qarazadəni qətlə yetirib. V.Nəbiyev daha sonra özünü öldürüb. Qeyd edək ki, M.Qarazadə İmişli, V.Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

O.M.