Gəncədə 3 otaqlı ev yanıb

Gəncədə 3 otaqlı ev yanıb

25 Aprel 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhəri Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, dünən səhər saatlarında şəhərin DOS 102 yaşayış massivində güclü yanğın hadisəsi baş verib. Taxtadan tikilən 3 otaqlı mənzildə baş verən yanğın evin 2 otaq və mətbəxini yararsız hala salıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib.


Yanğınsöndürənlər evin bir otağını alovdan qorumağa müvəffəq olublar.


Hadisə zamanı xəsarət alan olmayıb.


Hazırda hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.


Od şeytan rəmzidir. Həyatın hər anında şeytandan ehtiyatlı olun...


Hafiz Əhmədov


O.M.