Lənkəran sakini özünü körpüdən çaya atdı

Lənkəran sakini özünü körpüdən çaya atdı

14 May 2012 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda 1 nəfər özünü körpüdən çaya atmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşlar. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:00-da başa çatmışdır.

O.M.