Azərbaycanda 12-13 mayın kriminal xronikası

Azərbaycanda 12-13 mayın kriminal xronikası

14 May 2012 14:14
1 288
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 96 cinayət faktı qeydə alınmışdır

12.05.2012-ci il – şənbə günü ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.

Bakı şəhər sakini İlqar Rzayevdən narkotik vasitə götürülmüşdür

12.05.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini İlqar Rzayevdən 0,425 qram heroin götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davam etdirən əməliyyat qrupu hal şahidlərinin iştirakı ilə onun Binəqədi qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirmişlər. Nəticədə evdən əlavə olaraq 0,528 qram heroin aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi qaldırılmış, istintaq aparılır. Məhkəmənin qərarı ilə İ.Rzayev barəsində həbs qətimkan tədbiri seçilmiş və o, saxlanılmışdır.

Nəsimi rayonu ərazisində yaşayan Kristina Levçinkaya və onun qızı Hadisə Borciyə bıçaqla xəsarət yetirmiş Nicat Abbasov tutulmuşdur

12.05.2012

Mayın 12-də Nəsimi rayonu ərazisində yaşayan Kristina Levçinkanın evinə gəlmiş Ağsu rayon sakini, tanışı Nicat Abbasov münaqişə zəminində ona və onun qızı Hadisə Borciyə bıçaqla xəsarət yetirmişdir. N.Abbasov Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

12.05.2012

Mayın 12-də saat 19.30 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İlqar Bayramovun idarə etdiyi "VAZ-2106" və Mirzəli Cabbarovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Cabbarov aldığı xəsarətdən hadisə yerində ölmüş, sərnişinləri Cəmilə Məmmədova, Qərib Nurməmmədov, Kifayət Nurməmmədova və İ.Bayramov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş şəxslərin digər cinayət əməlləri də müəyyən edilmişdir

12.05.2012

Martın 28-də nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş Tofiq Fərəcovun, Vüsal İbrahimovun və Fuad Həsənovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin mart ayı ərazisində Tohid İbrahimova, Rəşid Balayevə, Zaur Şeydayevə və Əli Babayevə məxsus "Jiquli" markalı avtomaşınları qaçırmaları Xətai RPİ 35-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Məmməd Məmmədzadənin digər cinayət əməli də müəyyən edilmişdir

12.05.2012

Oğurluq etdiyinə görə mayın 9-da Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən tutulmuş Məmməd Məmmədzadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Müzəffər Səlimova məxsus mobil telefonu və Məlahət Aslanovaya məxsus 44 manat pul və şəxsi sənədləri oğurlaması da müəyyən edilmişdir.

Narkotik vasitə ilə tutulmuş Aysel Məmmədovanın digər cinayət əməli də müəyyən edilmişdir

12.05.2012

Mayın 8-də Səbail RPİ 39-cu PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Aysel Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun may ayının 6-da saat "Park Bulvar" Ticarət Mərkəzində, Bakı şəhər sakini Rəşidə Tanrıverdiyevaya məxsus içərisində 25 manat pul və mobil telefon olan çantanı oğurlaması da müəyyən edilmişdir.

Pul və metro kartı oğurlamış Bakı şəhər sakini Elvin Əsgərov tutulmuşdur

12.05.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də rayon ərazisindəki idman zallarının birində Bakı şəhər sakini Arif Əlizadəyə məxsus 5 manat pulu və metro kartını oğurlamış şəhər sakini Elvin Əsgərov tutulmuşdur.

Bakı şəhər sakini Piri Quliyevdən 5,057 kq marixuana götürülmüşdür

12.05.2012

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Piri Quliyevdən 5 kiloqram 57 qram marixuana götürülmüşdür.

Oğurluq etmiş Bərdə rayon sakini Zamiq Hacıyev tutulmuşdur

12.05.2012

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-nə keçən gecə şəhər ərazisində xeyir-şər evindən qapını sındırmaq yolu ilə 100 manat dəyərində məişət əşyaları oğurlanmış Bərdə rayon sakini Zamiq Hacıyev tutulmuşdur.

Mobil telefon oğurlamış Ağcabədi rayon sakini Tofiq Məmmədov tutulmuşdur

12.05.2012

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də Mahir Səlimova məxsus mobil telefonu oğurlamış rayon sakini Tofiq Məmmədov tutulmuşdur.

İmişli rayon Aranlı kənd sakini Aydın Əhmədovdan 3,905 kq ağ civə götürülmüşdür

12.05.2012

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aranlı kənd sakini Aydın Əhmədovdan 0,5 litrlik şüşə qabda 3 kiloqram 905 qram ağ civə götürülmüşdür.

Dərmandan və kimyəvi məhluldan zəhərlənmə zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

12.05.2012

Mayın 12-də Abşeron rayon sakinləri Tərlan Tağıyev, Ülviyyə Əliyeva və Gəncə şəhər sakini Könül Abdinova öz evlərindən dərmandan və kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə xəstəxanalara gətirilmişlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayon sakini Cabir Cəfərov ölmüşdür

12.05.2012

Mayın 11-də saat 05.00 radələrində Lənkəran rayonunun Nərimanabad kəndi ərazisində, Masallı rayon sakini Cabir Cəfərov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü mayın 12-də orada ölmüşdür.

Füzuli rayon sakini Fərrux Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

12.05.2012

Mayın 12-də Beyləqan şəhəri ərazisindəki "Avtonəqliyyat" ASC-nin həyətində, orada təmir işləri aparan Füzuli rayon sakini Fərrux Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

13.05.2012-ci il – bazar günü ərzində 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 26-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Aslan Behbudov münaqişə zəminində Nurlan Ağayevə bıçaqla xəsarət yetirmişdir

13.05.2012

Mayın 13-də Binəqədi rayonu ərazisindəki kafelərin birində, qəsəbə sakini Aslan Behbudov münaqişə zəminində Nurlan Ağayevə bıçaqla xəsarət yetirmişdir. A.Behbudov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.05.2012

Mayın 13-də saat 15.55 radələrində Xızı rayonu ərazisində, Bakı şəhər sakini Əbülfəz Qurbanov "VAZ-21104" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərindən Yunis Qurbanov və Hənifə Qurbanova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Ağaqulu Qurbanov və Elvin Şahbazov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Bakı şəhər sakini Təranə Abdullayeva saxta diplom hazırlayaraq satarkən tutulmuşdur

13.05.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təranə Abdullayeva Azərbaycan Beynəlxalq Universitetə məxsus saxta diplom hazırlayaraq 7.000 manata satarkən tutulmuşdur.

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

13.05.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri ərazisində, şəhər sakini Niyaməddin Səfərovdan 103,254 qram heroin götürülmüşdür. N.Səfərovun narkotik vasitəni Şirvan şəhər sakini Əli Manafovdan alması müəyyən edilmişdir. Ə.Manafov tutulmuş və onun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına baxış zamanı 4,239 qram heroin, 2,099 qram marixuana və 2 ədəd tərəzi aşkar edilərək götürülmüşdür.

Hacıqabul-Pirsaat dəmir yolu mənzilinin 421-ci km-də qəza hadisəsi

13.05.2012

Mayın 12-də Hacıqabul-Pirsaat dəmir yolu mənzilinin 421-ci km-də, Ağdam rayon sakini Elxan Əliyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar zamanı E.Əliyevin, Biləsuvar rayon sakini Anar Kərimov və Salyan rayon sakini Cəmil Sadıqovla birgə Hacıqabul-Pirsaat dəmir yolu mənzilinin 421-ci km-dən 423-cü km-dək yüksək gərginlikli dəmir yolu elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmələri müəyyən edilmişdir. A.Kərimov və C.Sadıqov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılmışlar.

Avtomaşından oğurluq etmiş Racı Səfərəliyev tutulmuşdur

13.05.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 9-da Vüsal Əsgərova məxsus avtomaşından oğurluq etmiş Racı Səfərəliyev tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakinləri Amin Ramazanov və Qiyaməli Bayramov tutulmuşlar

13.05.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 12-də Əfsanə Məmmədzadənin mənzilindən 15 manat pul, 1 ədəd noutbuk, 2 ədəd mobil telefon və qızıl əşyaları oğurlamış Bakı şəhər sakinləri Amin Ramazanov və Qiyaməli Bayramov tutulmuşlar.

Avtomaşınlardan oğurluq etmiş dəstə saxlanılmışdır

13.05.2012

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayı ərzində Şahmar Əsgərova, Asif Əmirsultanova, Ramin Məmmədova, Sadıx Xəlilova məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Fuad Məmmədov, Fehruz Qarayev və Nicat Çobanov tutulmuşlar.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məhərrəmov tutulmuşdur

13.05.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 1-də Əhəd Həsənova məxsus mağazadan tütün məmulatı və danışıq kartları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il noyabrın 19-da Rahid Abışova məxsus mağazadan 1450 manat pul oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etamiş Quba şəhər sakini Elşən Abdurəhmanov tutulmuşdur

13.05.2012

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 12-də Türkiyə vətəndaşı Ünal Çankaya məxsus 1 ədəd noutbuku oğurlamış Quba şəhər sakini Elşən Abdurəhmanov tutulmuşdur.

Gürcüstan vətəndaşı Günay Osmanova və Göygöl şəhər sakini Əfruz Cəlilova dərmandan zəhərlənmişlər

13.05.2012

Mayın 13-də Nəsimi rayonu ərazisindən Gürcüstan vətəndaşı Günay Osmanova və Göygöl şəhər sakini Əfruz Cəlilova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Şəki rayonunun Qayabaşı kənd sakini Nurlan Quliyev elektrik cərəyanı vurmasından ölmüşdür

13.05.2012

Mayın 13-də Şəki rayonunun Qayabaşı kənd sakini 3 yaşlı Nurlan Quliyev evində elektrik cərəyanı vurması nəticəsində xəsarət almış və xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

13.05.2012

Mayın 13-də saat 00.25 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində şəhər sakini Ruslan Muxtarov "ZAZ" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

O.M.