Oğurluq edərkən həyatını itirdi

Oğurluq edərkən həyatını itirdi

14 May 2012 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda oğru iş başında ölüb. Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə mayın 13-də qeydə alınıb. Bir qrup şəxs dəmir yolu xəttindən keçən elektrik naqillərini kəsərək oğurlamaq istəyərkən onlardan biri, Elxan Əliyev adlı şəxs elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisənin digər iştirakçıları polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

O.M