Bakıda bibisi ilə nənəsini vəhşicəsinə öldürən şəxsin digər əməlləri üzə çıxdı

Bakıda bibisi ilə nənəsini vəhşicəsinə öldürən şəxsin digər əməlləri üzə çıxdı

29 Sentyabr 2020 17:23
Bəyəndim (1) Bəyənmədim (0)

Bakıda 2 nəfəri öldürən şəxsin çoxsaylı oğurluq əməlləri üzə çıxıb.

Oxuməni.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qətl cinayəti törətdiyinə görə tutulmuş S.Mustafayevin ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.İsrafilovla birgə 6 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsrafilov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Samir Mustafayev sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində nənəsi, 1932-ci il təvəllüdlü Simuzər Cavadova və bibisi, 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxuməni.az