Bakıda minik avtomobili dərəyə yuvarlandı

Bakıda minik avtomobili dərəyə yuvarlandı

13 May 2012 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili dərəyə yuvarlanmışdır. Nəticədə, sürücü xəsarət almış və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat bu gün saat 09:40-da başa çatmışdır.

O.M.