Göygöl rayonunda evə girən oğrular qadın və kişini bıçaqlayıb

Göygöl rayonunda evə girən oğrular qadın və kişini bıçaqlayıb

26 Sentyabr 2020 10:44
Bəyəndim (1) Bəyənmədim (0)

Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb.

Oxuməni.az xəbər verir ki, Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az