Bakıda elektrik yarımstansiyasında yanğın baş verdi

Bakıda elektrik yarımstansiyasında yanğın baş verdi

11 May 2012 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 48 kv.m olan yarımstansiyanın içərisində transformatorun sarğıları və yağı, habelə bitişik tikilmiş ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.