Bakıda tanınmış modelyerə 40 min pul "atdılar", damarlarını doğradı

Bakıda tanınmış modelyerə 40 min pul "atdılar", damarlarını doğradı

24 Sentyabr 2020 16:30
Bəyəndim (3) Bəyənmədim (1)

Tanınmış modelyer, TS Moda Evinin rəhbəri Səidə Məmmədovaya qarşı dələduzluq edilib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə modelyer özü məlumat verib. Məsələ ilə bağlı ölkə az-ın yaydığı məlumatda deyilir ki, modelyer, 2020-ci ilin aprel ayından avqust ayına qədər vətəndaş Abdullayeva Elnarə Təyyarə qızına 40300 manat məbləğində pul verib və hazırda geri ala bilmir:

"Abdullayeva Elnarə Salyan rayonu, Yenikənd kəndinin sakinidir. Pulu ona mənzil almaq məqsədilə vermişdim. Özünü çox yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etmişdi. Ancaq sonradan bildim ki, bu qadın dələduzdur. İndi nə mənzili vermir, nə də pulu qaytarmır. Təxminən bir ay öncə həbs edildi. Məlum oldu ki, bu adam məndən başqa daha iyirmi iki nəfərə qarşı dələduzluq edib".

Səidə Məmmədova bildirib ki, sözügedən şəxs ayrı-ayrı şəxslərə onlara təqaüd düzəldəcəyi ilə bağlı vəd verərək beş min manat məbləğində vəsaitlərini də mənimsəyib:

"O təklifi bizə də etmişdi, amma rədd etdik".

Səidə Məmmədovanın sözlərinə görə, hətta bir neçə gün öncə intihara cəhd edib:

"Qollarımı doğradım və həkimlərin müdaxiləsi nəticəsində sağ qaldım. İntihara cəhd etməyim barədə sənədlər də var".

Oxuməni.az