Xətai rayonunda soyğunçuluqla və oğurluqla məşğul olan şəxslər tutulublar

Xətai rayonunda soyğunçuluqla və oğurluqla məşğul olan şəxslər tutulublar

24 Sentyabr 2020 15:08
Bəyəndim (3) Bəyənmədim (0)

Paytaxtın Xətai rayonunda soyğunçuluqla və oğurluqla məşğul olan şəxslər tutulublar.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 18-də Xətai rayonunda C.Süleymanova qarşı zor tətbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini R.Piriyevin 550 manat dəyərində olan avtomobil ehtiyat hissələrini, içərisində 1300 manat məbləğində pul və qızıl-zinət əşyası olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Şahverdiyev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Zaur

Oxuməni.az