Azərbaycanda 10 mayın kriminal xronikası

Azərbaycanda 10 mayın kriminal xronikası

11 May 2012 13:53
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 28-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini S.Meybullayev münaqişə zəminində N.Məmmədovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmışdır

10.05.2012

Mayın 10-da Binəqədi rayonu ərazisində yaşayan Bakı şəhər sakini Seyran Meybullayev münaqişə zəminində Nəriman Məmmədovu bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Binəqədi RPİ tərəfindən aparılır.

Salyan rayonu ərazisində Q.Hüseynova bıçaqla xəsarət yetirmiş S.Həsənov tutulmuşdur

10.05.2012

Mayın 9-da Salyan rayonunun Yolüstü kəndində, kənd sakini Süleyman Həsənov münaqişə zəminində Qasım Hüseynova bıçaqla xəsarət yetirmişdir. S.Həsənov Salyan RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Abşeron rayonu ərazisində Binəqədi qəsəbə sakini Y.Məmmədova bıçaqla xəsarət yetirmiş E.İsmayılov tutulmuşdur

10.05.2012

Mayın 10-da Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Elvin İsmayılov münaqişə zəminində Binəqədi qəsəbə sakini Yusif Məmmədova bıçaqla xəsarət yetirmişdir. E.İsmayılov Abşeron RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Mayın 9-da Nəsimi rayonu ərazisindən qaçırılmış avtomaşın Bakı şəhər sakini E.İsmayılov tərəfindən idarə edilərkən saxlanılmışdır

10.05.2012

Mayın 9-da Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Tural Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın həmin gün rayon ərazisində Bakı şəhər sakini Elçin İsmayılov tərəfindən idarə edilərkən Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PB-nə təhvil verilmişdir.

Salyan rayon sakini İ.Dadaşova məxsus avtomaşını qaçırmış Z.Nağıyev tutulmuşdur

10.05.2012

Mayın 10-da Salyan şəhəri ərazisində Kərimbəyli kənd sakini İntiqam Dadaşova məxsus "QAZ-2110" markalı avtomaşın qaçırılmışdır. Avtomaşının rayon sakini Zaur Nağıyev tərəfindən qaçırılması və Salyan şəhəri ərazisində idarə edilərkən rayon sakini Elvin Səfərovun idarə etdiyi "VAZ-2107" markalı və Neftçala rayon sakini Çingiz Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlarla toqquşması müəyyən edilmiş və Z.Nağıyev Salyan RPŞ əməkdaşları tutulmuşdur.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

10.05.2012

Mayın 11-də saat 04.50 radələrində Gəncə şəhəri ərazisində Gədəbəy rayon sakini Etibar Məmmədovun idarə etdiyi "VAZ-21102" və Tərtər rayon sakini Şamo İbrahimovun idarə etdiyi "İveko" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Məmmədovun sərnişini - atası Gülmalı hadisə yerində ölmüşdür.

Astara rayon sakini F.Ağayevdən heroin götürülmüşdür

10.05.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Fərhad Ağayevdən 500 qram heroin götürülmüşdür.

Fevralın 20-də bir neçə avtomaşından hissələrini sökərək oğurlamış Bakı şəhər sakinləri H.Əhmədxanov və V.Babayev tutulmuşlar

10.05.2012

Nərimanov RPİ və Ədliyyə Nazirliyinin Pentensiar Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də İlkin Quliyevə, Xəyyam Hüseynova, Aqşin Hüseynzadəyə, Ramil Namazova, Əli Pirizadəyə və Fuad Ələkbərova məxsus avtomaşınlardan hissələrini sökərək oğurlamış Bakı şəhər sakinləri Hacı Əhmədxanov və Vüqar Babayev tutulmuşlar.

Neftçala rayon sakini S.Heybətovaya məxsus mağazadan oğurluq etmiş B.Pirəliyev tutulmuşdur

10.05.2012

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Südabə Heybətovaya məxsus mağazadan 63 manat pul, ərzaq məhsulları, spirtli içkilər, tütün məmulatı və ətriyyat oğurlamış Mirqurbanlı kənd sakini Bəxtiyar Pirəliyev tutulmuşdur.

2011-ci ilin avqustunda Saatlı rayon sakini N.Nəzərova məxsus inəyi oğurlamış E.Şükürov tutulmuşdur

10.05.2012

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il avqustun 2-də Niyaməddin Nəzərova məxsus 1 baş inəyi oğurlamış rayon sakini Elnur Şükürov tutulmuşdur.

2011-ci ilin mayında F.Novruzovaya qarşı zor tətbiq edərək pul kisəsini ondan almış A.Bəndəliyev tutulmuşdur

10.05.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il mayın 9-da Fatma Novruzovaya qarşı zor tətbiq edərək içərisində 22 manat pul olan kisəsini ondan almış Gürcüstan vətəndaşı Aydın Bəndəliyev tutulmuşdur.

Mingəçevir şəhəri ərazisində baş vermiş YNH nəticəsində xəsarət almış Z.Fərzəliyev xəstəxanada ölmüşdür

10.05.2012

Mayın 7-də saat 18.30 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri Telman Babayevin idarə etdiyi "Mercedes" və Zahid Fərzəliyevin idarə etdiyi "Mitsubishi L-200" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z.Fərzəliyev may ayının 10-da orada ölmüşdür.

Astara rayon sakini V.Rəhmanov su anbarında çimərkən boğulmuşdur

10.05.2012

Mayın 10-da Astara rayonunun Kicəbə qəsəbəsi ərazisində, rayon sakini 13 yaşlı Vüsal Rəhmanov su anbarında çimərkən boğulmuşdur. V.Rəhmanovun meyiti sudan çıxarılmışdır.

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.05.2012

Mayın 10-da saat 23.05 radələrində Xaçmaz rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 45-50 yaşlı qadın vurulmuşdur. Nəticədə həmin qadın hadisə yerində ölmüşdür.

O.M.