Çeçen qanuni oğru  Quli imperiyası üzərində nəzarəti zorla  ələ almaq istəyir

Çeçen qanuni oğru Quli imperiyası üzərində nəzarəti zorla ələ almaq istəyir

22 Sentyabr 2020 15:37
Bəyəndim (1) Bəyənmədim (0)

Çeçen qanuni oğru Əhməd Dombayev (Şalinski) Lotu Quli kimi tanınan Nadir Səlifovun imperiyasına zor gücünə nəzarət etmək qərarına gəlib.

Oxuməni.az-ın Ura.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda çeçen qanuni oğru Çelyabinsk vilayətində fəal şəkildə öz təsirini artırır və Cənubi Uralda baxıcı statusuna malikdir. Əgər o, digər regionlarda da dəstək ala bilsə, onda həlak olmuş şəxsin irsi uğrunda Qulinin qardaşı Namiq Bakinski ilə mübarizə apara bilər. Dombayev meyvə, qoz-fındıq və tərəvəz ticarətinin pul axınlarını öz üzərinə bağlamaq istəyir. Bu isə onunla Namiq arasında toqquşmalara gətirib çıxara bilər.

Xatırladaq ki, “Lotu Quli”nin kriminal imperatorluğuna nəzarət uğrunda “Ded Xasan”ın qardaşı oğlu 47 yaşlı Georqi Akoyev (“Giya Sverdlovski”), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (“Avto”) və 39 yaşlı Əhməd Dombayev mübarizə aparırlar.

Oxuməni.az